Qiyabi təhsil alanlar üçün təhsil krediti planlaşdırılmır.
Finss.az xəbər verir ki, Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov, jurnalistlərin suallarını cavablandırarkən, qiyabi təhsil alan tələbələr üçün təhsil krediti veriləcəyini hələ ki, nəzərdə tutmadıqlarını bildirib.
Bəhruz Əzimov qeyd edib ki, qiyabi təhsil alan tələbələr əmək fəaliyyəti ilə məşğul ola bildikləri üçün onlara təhsil krediti ayrılmır:
"Qiyabi təhsil alanların əmək fəaliyyəti ilə məşğul olmaq imkanı olduğu üçün bu tələbələrə təhsil kreditinin ayrılması hələ ki, planda yoxdur", - o vurğulayıb.
Sədr əlavə edib ki, bu məsələ Şuranın iclasında müzakirə edilməli və maliyyə yükü hesablanmalıdır.