SOSİUM

19 Dekabr

Bu bazar da sökülür: Sırada hansıdır?

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən və “Keşlə bazarı” adı ilə tanınan bazar söküləcək.

Finss.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni avtomobil yolunun tikintisi ilə əlaqədar bazarın sökülməsi qərara alınıb. Bu yol layihəsi, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər davam edəcək.

Yeni yolun çəkilməsi, Bakı şəhərindəki nəqliyyat sıxlığını azaldacaq, xüsusilə "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafında müşahidə olunan tıxacları azaltmağa kömək edəcək. Yolun tikintisi nəticəsində şəhərin şərq və mərkəzi qərb bölgələri arasında yeni nəqliyyat əlaqələri yaranacaq.

“Keşlə bazarı”nda fəaliyyət göstərən satıcılara bazarın yanvarın 1-dək boşaldılması tələb edilib. Bazarda çalışanlar isə alternativ yer təklif olunmadığını bildirərək, satışları üçün daha çox vaxta ehtiyacları olduğunu vurğulayıblar. Bazar rəhbərliyi, aprel ayında icarədarlara xəbərdarlıq edildiyini və söküntü işlərinə yanvarın əvvəlində başlanılacağını açıqlayıb.