SOSİUM

19 Dekabr

Dövlət gənclərə doğru ixtisas seçimində psixoloji cəhətdən dəstək olacaq

 

Dövlət İmtahan Mərkəzi (DİM) psixometrik testlər vasitəsilə gənclərin inkişaf sahələrini müəyyənləşdirir.

Finss.az, DİM sədri Məleykə Abbaszadənin, Azərbaycan Karyera İnkişaf Forumunda verdiyi açıqlamalara istinadən xəbər verir ki, bu testlərin əsasən 14-15 yaşlı uşaqlar üçün keçirildiyini və məktəb direktorlarına bu testlərin bütün şagirdlərə tətbiq edilməsi üçün müraciət etmək təklif edilib.

Abbaszadə, testlərin yerli mütəxəssislər tərəfindən hazırlandığını və elmi əsaslara dayandığını vurğulayıb. O, testlərin gənclərin kor-koranə ixtisas seçiminin qarşısını alacağını qeyd edib. Həmçinin, bu testlərin geniş auditoriya üçün internet üzərindən tətbiqi üzərində işlərin davam etdiyini bildirib.