Bu ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11 milyard 394,5 milyon manat olub.
Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,5 faiz çoxdur.
Qeyd olunub ki, hüquqi şəxslər tərəfindən əhaliyə 8 milyard 593,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 1 116,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 120,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Fuad Mədətov
Fins.az