SOSİUM

17 Oktyabr

Azərbaycanlıların Çinə uçuşları asanlaşır

Son dövrlərdə Azərbaycan ilə Çin arasındakı hava əlaqələrinin inkişafı üçün müsbət addımlar atılır. AZAL (Azərbaycan Hava Yolları) prezident Samir Rzayevin Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ilə keçirdiyi görüşdə bu məsələlər müzakirə edilib.

Finss xəbər verir ki, h1azırda AZAL Bakı-Pekin marşrutu üzrə həftədə iki dəfə reys həyata keçirir. 2025-ci ildən etibarən isə uçuşların sayının həftədə üç dəfə artırılması planlaşdırılır. Bu, artan sərnişin tələbinin ödənilməsinə kömək edəcək.

Görüşdə həmçinin Gansu və Şanxay kimi iri şəhərlərə yeni reyslərin açılması da müzakirə edilib. Bu addımlar, ölkələr arasında əməkdaşlığı gücləndirərək sərnişinlər üçün yeni imkanlar yaradacaq.

Bakı şəhərinin Çin ilə Avropa arasında mühüm tranzit mərkəzi rolunu gücləndirmək, hava əlaqələrinin inkişafı ilə yanaşı, turizm axınının da artmasına səbəb olacaq. Bu, Azərbaycanın beynəlxalq sərnişin və yük daşımalarında tranzit rolunu daha da artıracaq.