SOSİUM

17 Sentyabr

Ağadadaş Ağayevin başı yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Xalq artisti Ağadadaş Ağayev yeni qalmaqalla üzləşib və barəsində məhkəmə qərarı çıxarılıb.

Gününsəsi.info-nun xəbərinə görə, Xalq artisti bu dəfə "Dəmir Bank"a olan köhnə borclarını ödəmədiyinə görə məhkəməyə verilib.

Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş "DəmirBank" ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən banka olan borcunu tələb etsə də, o, bunu ödəməkdən imtina edib. Nəticədə Fond Xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib.