SOSİUM

21 Avqust

Azərbaycanda 7050 təbii və texnogen mənşəli hadisə baş verib

2024-cü ilin I yarımilliyi ərzində Azərbaycanda 7050 təbii və texnogen mənşəli hadisə baş verib.

Finss.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, 2023-cü ilin I yarımilliyi ilə müqayisədə 26 hadisə və ya 1% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olmuş, 212 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 100 nəfər xilas edilib, 565 nəfər təxliyə olunub.

Fuad Mədətov
Finss.az