SOSİUM

20 Avqust

"Tullantını dəyərə, ekoçantanı vərdişə çevir" devizi altında növbəti aksiya keçiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantını dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında növbəti aksiya 23 avqust tarixində Araz Neftçilər Superstore - Nizami rayonu, Şərifli küçəsi 25 ünvanında yerləşən filialında təşkil olunacaq.

Finss.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tullantıların düzgün idarə olunmasına yönəlmiş belə aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.



Zemfira Ms
Finss.az