SOSİUM

20 Avqust

Azərbaycanda meymunçiçəyinin diaqnostikası və müalicəsi üçün bütün imkanlar mövcuddur - Səhiyyə Nazirliyi

Digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəliyin diaqnostikası və müalicəsi üçün bütün imkanlar mövcuddur.

Finss.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı yaranmış vəziyyətlə əlaqədar Afrikada “meymunçiçəyi” (mpox) epidemiyasını bütün dünya üçün təhlükə olan fövqəladə hal elan edib.

ÜST, həmçinin meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb.

"Meymunçiçəyi nə COVID-19, nə də onun ştammıdır"

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru Hans Klüge deyib.

Onun sözlərinə görə, ayrı-ayrı ölkələr COVID-19-un yayılmasını nəzarətdə saxlamağı bacarır. H. Klüge onu da əlavə edib ki, hazırda təmsil etdiyi qurumda meymunçiçəyinə qarşı mübarizə tədbirləri nəzərdən keçirilir:

“Bizim bu virusa qarşı verəcəyimiz reaksiyadan çox şey asılıdır. Çünki meymunçiçəyi həm Avropa, həm də dünya üçün kritik sınaq olacaq”.

H. Klüge bir sıra ölkələr üçün profilaktik tövsiyələrin təkmilləşdirilməsi məqsədilə iş aparıldığını bildirib.