SOSİUM

20 Avqust

"İdeyanı Reallaşdır - 2023" müsabiqəsi çərçivəsində "Yaşıl Gələcək" adlı ekoloji layihə keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının mütəxəssislərinin iştirakı ilə keçirilən və ümumilikdə 9 gün davam edən layihə çərçivəsində Ağcabədi, Bərdə, Ağdam, Zərdab və Beyləqan rayonlarında yaşayan gənclərə ətraf mühitin mühafizəsinə dair müxtəlif mövzularda təlimlər keçirilib.

Bu barədə Finss.az ETSN-nin rəsmi saytında xəbər verilir.

Eyni zamanda, gənclər layihə müddətində Qarqar çayının sahilyanı ərazisində təmizlik aksiyasında iştirak edib, rayon ərazisində sahibsiz küçə heyvanları üçün yuvalar yerləşdirib, tullantılardan dekorativ əşyalar hazırlayıb.

Layihə iştirakçıları üçün ekoloji problemlərin həllinə yönəlmiş “EcoTech” adlı hakaton təşkil olunub. Gənclərlə bərpa olunan enerji, tullantılardan səmərəli istifadə, su ehtiyatlarının qorunması, hava keyfiyyəti, təbii fəlakətlər mövzularında müzakirələr aparılıb.

Zemfira Ms
Finss.az