SOSİUM

19 Avqust

İRİA-ya sədr müavini təyin olunub

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” (İRİA) publik hüquqi şəxsin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

Bu barədə Finss.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq əmrinə əsasən, Şahin Əliyev yeni sədr müavini vəzifəsinə təyin olunub.

Şahin Əliyev əvvəllər Agentliyin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini icra edirdi. Yeni vəzifəsində Şahin Əliyev, Agentliyin strateji inkişafını dəstəkləyəcək və rəqəmsal innovasiyalar sahəsindəki fəaliyyətləri daha da irəlilədəcək.

Fuad Mədətov
Finss.az