SOSİUM

19 Avqust

Bu il əlillik təyin olunan şəxslərin sayı AÇIQLANIB

Bu ilin yanvar-iyul ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 28,9 min şəxsə əlillik təyin edilib.

Finss.az-ın verdiyi məlumata görə, bu müddət ərzində təyin edilən əlilliklərdən 14,4 min nəfərə ilkin, 14,5 min nəfərə isə təkrar əlillik təyinatı verilib.

Əlillik təyinatından sonra e-sistem vasitəsilə həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub. Bu prosesin avtomatlaşdırılması, əlillik təyin edilən şəxslərin sosial ödənişlərdən sürətli və fasiləsiz şəkildə faydalanmalarını təmin edir.

Fuad Mədətov
Finss.az