SOSİUM

16 Avqust

SI sistemində, elmi tədqiqatlar kifayət qədər inkişaf etməyib

Yaponiyanın qabaqcıl süni intellekt (SI) şirkəti Sakana AI, elmi tədqiqatların avtomatlaşdırılmasını məqsəd qoyan ilk süni intellekt sistemini təqdim edib. Şirkət tərəfindən yayımlanan məlumatda bildirilib ki, yeni sistem Foerster laboratoriyaları, Oksford Universiteti və digər nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq nəticəsində yaradılıb.

Finss.az xəbər verir ki, yeni süni intellekt sistemi elmi tədqiqatlarda inqilabi dəyişikliklər vəd edir. Sistem, araşdırmaların sürətini artırmaqla yanaşı, istifadəçilərə ideya inkişafı, kod yazma, eksperimentlərin keçirilməsi, nəticələrin ümumiləşdirilməsi, tədqiqat məqalələrinin yazılması və ekspert qiymətləndirmələrinin tamamlanması sahələrində də dəstək verir.

Sistemin ən diqqətçəkən xüsusiyyətlərindən biri tam elmi məqalələr hazırlama qabiliyyətidir. Bu, nəticələrin izahları və kontekstini də əhatə edir, tədqiqatçılara elmi işlərin hazırlanmasında əhəmiyyətli dərəcədə kömək edir.

Sakana AI-nin təqdim etdiyi sistem, maşın öyrənməsi (ML) və kodlaşdırma sahələrində tədqiqatlar aparacaq və bu sahələr üzrə elmi məqalələrin hazırlanmasını təmin edəcək. Bu yenilik, elmi tədqiqatların effektivliyini artırmaqla yanaşı, tədqiqatçıların iş yükünü da azaldacaq və yeni kəşflərin daha sürətli əldə olunmasına şərait yaradacaq.