SOSİUM

15 Avqust

Paytaxt məktəbləri üzrə 12 185 sorğu icra olunub

Avqustun 15-nə (saat 14:30) olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 12 185 sorğu şagirdlərin yerdəyişməsi elektron xidməti (sy.edu.az) vasitəsilə tamamlanıb.

Finss.az BŞTİ-dən daxil olan məlumata istinadən xəbər verir ki, 2024–2025-ci tədris ili üzrə 2-9 və 11-ci siniflər üçün şagird yerdəyişməsinə avqustun 8-dən start verilib. 10-cu siniflər üçün isə şagird yerdəyişməsi isə 15 avqust saat 15:00-dan aktivləşdirilib. 

Proses sy.edu.az sistemi üzərindən həyata keçirilir. Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
 

Zemfira Ms
Finss.az