SOSİUM

15 Avqust

Bu gündən Azərbaycanda yeni internet TARİFLƏRİ tətbiq olunur

Bu gündən Azərbaycanda genişzolaqlı internet tariflərində dəyişikliklər baş verib.

Finss.az xəbər verir ki, GPON (Gigabit Passive Optical Network – Gigabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasına əsaslanan internet tariflərində sürət və ödəniş məbləğləri yenilənib.

Yeni tariflər çərçivəsində internet sürətləri əvvəlki göstəricilərlə müqayisədə 2.5 dəfə artıb. Belə ki, 40 Mbit/s sürətli internet 100 Mbit/s-ə, 60 Mbit/s sürət 150 Mbit/s-ə və 100 Mbit/s sürət isə 250 Mbit/s-ə qədər artırılıb.

Yeni sürət tarifləri ilə abunəçilərə minimal sürət 100 Mbit/s olaraq təklif olunur. Hər Mbit/s üçün ödəniş məbləği isə 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Bu dəyişikliklərlə, abunəçilər üçün aşağıdakı qiymətlər tətbiq olunur: 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, və 250 Mbit/s internet üçün 36 AZN.

Bu yeniliklər genişzolaqlı internet istifadəçiləri üçün daha sürətli və sərfəli xidmətlər təqdim edəcək.

Fuad Mədətov
Finss.az