SOSİUM

09 Avqust

DSMF: Ötən ay sosial yardımlar üzrə əhaliyə 734,3 milyon manatdan çox vəsait ödənilib

Ötən ay əhaliyə pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə 734,3 milyon manatdan çox vəsait ödənilib.

Finss.az  APA-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 55,6 milyon manat və ya 8,19% çox olmaqla 734,3 milyon manatdan çox vəsait ödənilib.