Avstraliyada ''legionella'' epidemiyası səbəbindən iki nəfər ölüb.
Finss.az ABC News-un məlumatına əsasən xəbər verir ki, Melburndakı səhiyyə rəsmiləri şəhərdə ''legionella'' epidemiyasının yayıldığını açıqlayıb. Səlahiyyətlilər ''legionella'' epidemiyasına 77 yoluxma faktının qeydə alındığını, onlardan 75-nin sağaldığını, 2-nin isə öldüyünü açıqlayıb. Epidemiyaya yoluxma hallarının 2000-ci ildən bəri qeydə alınan ən yüksək göstərici olduğu bildirilib.
Qeyd edək ki, xəstəlik “legionella” bakteriyaları vasitəsilə yayılır.