SOSİUM

02 İyul

2000-2019-cu illər arasında iqlim dəyişikliyinin vurduğu zərər və itki

BMT İnsan Haqları Şurasının 56-cı Sessiyası çərçivəsində “İqlim dəyişikliyinin insan hüquqlarına təsiri” mövzusunda çıxışında V.Türk deyib .

Fins.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə ali komissarı Volker Türk 2000-2019-cu illər arasında iqlim dəyişikliyi səbəbindən dünyanın ən az 2,8 trilyon dollar itki və ziyana uğradığının təxmin edildiyini açıqlayıb.

BMT İnsan Haqları Şurasının 56-cı Sessiyası çərçivəsində “İqlim dəyişikliyinin insanların hüquqlarına təsiri” mövzusunda çıxışında V.Türk deyib: “İqlim dəyişikliyi səbəbindən buzlaqlar əridi, okeanlar istiləşdi, meşələrin yandı, çay və göllər qurudu. Dünya insan haqları və gələcəyi baxımından böyük təhlükə altındadır.

Qlobal illik orta temperatur 5 il ərzində 1,5 dərəcə Selsi olub ki, bu da sənayedən əvvəlki dövrlə müqayisədə 80 faiz artım deməkdir. Biz bilirik ki, iqlim dəyişikliyindən itki və zərər fiziki olaraq ən həssas insanlara və inkişaf etməkdə olan ölkələrə təsir edir, baxmayaraq ki, onların buna səbəbolma ehtimalı azdır. Milyonlarla insan iqlim dəyişikliyinə görə evlərini tərk edərək ölkə içində didərgin düşür. İqlim dəyişikliyi insanların haqlarına, yaşama şərtlərinə, qida və sağlamlıq hüquqlarına təsir etməkdədir. İtki və zərər işçilərə və onların hüquqlarına birbaşa təsir göstərir. İşçilərin üçdə birindən çoxu iqlim dəyişikliyinin təsirlərindən həyatını itirib.Hava xaosunun böyük iqtisadi bədəli var. Son araşdırmalara görə, 2000-2019-cu illər arasında iqlim dəyişikliyi səbəbiylə dünyanın ən az 2,8 trilyon dollar itki və zərər verdiyi təxmin edilir.

İqlim dəyişikliyindən birbaşa təsirlənən fərdlərin və icmaların dolanışıqlarının gücləndirilməsi vacibdir. Bundan ən çox məsul olan ölkələrin iqlimlə bağlı itki və zərərləri aradan qaldırmaq üçün “iqlim maliyyəsi” öhdəliyi var.