SOSİUM

24 İyun

Ekololoji hüquqpozmalarla bağlı 4 ildə dövlət büdcəsinə 4.2 milyon manat ödənilib

2024-cü ildə COP 29 tədbirinə Azərbaycanın ev sahibliyi təsdiq edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Fins.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən "Ətraf Mühitinin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda elmi-praktiki konfransda deyib.

O bildirib ki, prokurorluq da bu reallıqlara uyğun fəaliyyət göstərməlidir.