SOSİUM

24 Yanvar

Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postlar yaradılacaq

Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni postların yaradılması üzrə layihə həyata keçirilir.

Fins.az xəbər verir ki, bunu Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə Dövlət Gömrük Komitəsinin əməkdaşı Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, tranzit potensialının artırılması ilə əlaqəli layihələr həyata keçirilir:

“Bütünlükdə həm ixracın, həm də idxalın sadələşdirilməsi üzrə işlər görülür".

Fuad Mədətov
Fins.az