SOSİUM

23 Yanvar

“Qırmızı Körpü” gömrük postunda gözləyən yük maşınlarının sayı 220-yə çatıb

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 220 yük maşını gözləmədədir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Fins.az-a bildirilib ki, “Biləsuvar” gömrük postunda 47, Astara gömrük postunda 118, “Mazımqara” gömrük postunda 26, “Samur” gömrük postunda 38 və “Xanoba” gömrük postunda 3 yük maşını var.

Günel Məlikzadə
Fins.az