Siyasət

24 Yanvar

“Türkiyə-Ruanda əlaqələri 2013 və 2014-cü illərdən sürətlə inkişaf edir”, R.T.Ərdoğan

Finss.az - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ruanda ilə Konqo Demokratik Respublikası arasındakı münaqişənin sülh yolu ilə həll olunacağına ümid etdiyini və hər cür dəstəyi verməyə hazır olduqlarını bildirib.

Prezident İqamətgahında baş tutan təkbətək və heyətlərarası görüşdən sonra Ərdoğan ruandalı həmkarı Paul Kaqame ilə birlikdə təşkil edilən mətbuat konfransında çıxışında deyib: “Türkiyənin Ruanda ilə əlaqələri 2013 və 2014-cü illərdə iki ölkənin səfirliklərinin qarşılıqlı açılışından sonra ciddi şəkildə sürətlə inkişaf edir”.

Ruanda prezidenti ilə danışıqlarda ticarət, investisiya, enerji, təhsil, mədəniyyət, müdafiə sənayesi və elmi tədqiqat sahələrində əməkdaşlığı gücləndirmək üçün atacaqları addımları müzakirə etdiklərini, Ruanda ilə 4 müqavilə imzalandığını söyləyən Türkiyə prezidenti bildirib: “Şirkətlərimiz önümüzdəki dövrdə sərmayələrini artıraraq Ruandanın inkişaf hədəflərinə töhfə verəcək.

Konqo Remokratik Respublikası ilə Ruanda arasında münaqişənin sülh yolu ilə həllini arzulayırıq. Anqolanın vasitəçiliyi ilə aparılan birbaşa danışıqları səmimiyyətlə dəstəkləyirik. Biz Türkiyə olaraq Böyük Göllər bölgəsində sabitliyə və sülhə töhfə verəcək bu problemin həlli üçün hər iki tərəf istəyərsə, hər cür dəstəyi verməyə hazırıq”.