Finss.az - Avropa İttifaqı, Rusiyadan alüminium idxalına məhdudiyyətlər tətbiq etməyi və təbii qaz tədarükündən tədricən imtina etməyi nəzərdən keçirir.
Bu, Moskva əleyhinə yeni sanksiya paketinin bir hissəsi olacaq. Təkliflərə görə, Rusiyanın kölgə donanması və bir neçə bankın SWIFT-dən çıxarılması da planlaşdırılır. Alüminiuma qoyulacaq məhdudiyyətlər tədricən tətbiq ediləcək, LNG-dən imtina isə sanksiya və ya "yol xəritəsi" ilə həyata keçirilə bilər. Sanksiyalar, tədarükçülərlə müqavilələrin ləğvi üçün güclü bir vasitə olacaq, amma onlar üzv ölkələrin yekdil təsdiqini tələb edir.