Siyasət

15 Yanvar

NATO Baltik dənizində telekommunikasiya kabellərini qorumaq üçün yeni missiyaya başlayır

Finss.az - NATO Baş katibi Mark Rutte Baltik dənizinin altından keçən telekommunikasiya kabellərinin qorunması məqsədilə yeni bir missiyanın başladığını elan edib.

Finlandiyanın paytaxtı Helsinkidə keçirilən sammitdə Baltik dənizində Rusiyanın yaratdığı təhdidlərə qarşı görüləcək tədbirlər müzakirə edilib. Tədbirdə Danimarka, Almaniya, Latviya, Litva, Polşa və İsveç liderləri ilə yanaşı Avropa İttifaqı (Aİ) Komissiyasının Texnoloji Suverenlik, Təhlükəsizlik və Demokratiya üzrə məsul üzvü Henna Virkkunen də iştirak edib. 

Sonra Mark Rutte Finlandiya prezidenti Aleksandr Stubb və Estoniya Baş naziri Kristen Mixal ilə birlikdə təşkil etdiyi mətbuat konfransında gündəmə dair fikirlərini bölüşüb. Finlandiya prezidenti və Estoniya Baş naziri də bölgənin infrastrukturunun qorunmasının əhəmiyyətini vurğulayıb.

Baltik dənizində Rusiyanın gizli donanma qurduğu iddiaları və telekommunikasiya kabellərindəki kəsintilər bölgədəki təhlükəsizlik narahatlıqlarını artırır. Aİ bu kəsintilərdən Rusiyanı məsul tutaraq əlavə sanksiyalar hazırlayacağını açıqlayıb.