Gürcüstanın baş naziri İrakli Kobaxidze daxili işlər naziri Vaxtanq Qomelaurini ölkənin baş nazirinin müavini təyin edib.
Finss.az xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.
Müvafiq təyinatı artıq İrakli Kobaxidze imzalayıb. Bu günə olan məlumata görə, Gürcüstan hökumətində baş nazirin üç müavini var: baş nazirin birinci müavini İqtisadiyyat Nazirliyinin rəhbəri Levan Davitaşvili, baş nazirin müavinləri Vaxtanq Qomelauri və Müdafiə Nazirliyinin rəhbəri İrakli Çikovanidir.
Bir gün əvvəl Qomelauri Britaniya və Amerika sanksiyalarına məruz qalmışdı.
Kaira Agayeva
Finss.az