Siyasət

20 Dekabr

Papa Fransisk adından Ukraynaya tibbi avadanlıq göndərilib

Milad bayramı ərəfəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk adından münaqişədən əziyyət çəkənlərə dəstək məqsədilə Ukraynaya tibbi avadanlıqlar göndərilib.

Finss.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yardıma cərrahi əməliyyatlar aparılan səyyar xəstəxana, 6 ədəd ultrasəs aparatı və digər tibbi avadanlıqlar daxildir. 

Roma Papasının tapşırığına əsasən Katolik Kilsəsinin polşalı kardinalı Almoner Konrad Krayevski münaqişənin nəticələrindən əziyyət çəkənlərə pontifikin istəklərini çatdırmaq və maddi yardım göstərmək üçün müharibə başlayandan bəri Ukraynaya 10 dəfə səfər edib.

Kaira Agayeva 

Finss.az