Böyük Britaniya 2025-ci ildə Ukraynaya əlavə çoxmilyonluq hərbi yardım paketi göndərəcək.
Finss.az xəbər verir ki, söhbət “225 milyon funt sterlinq (təxminən 284 milyon dollar) məbləğində yeni paketdən” gedir.
Nəşr qeyd edib ki, ukraynalı həmkarı Rustem Umerovla görüşən Hili bildirib ki, London Kiyevə daha çox hava hücumundan müdafiə və elektron mübarizə vasitələri, həmçinin pilotsuz uçuş aparatları və ölkənin hərbi-dəniz qüvvələri üçün döyüş sursatı tədarük edəcək.
Elan edilmiş paket çərçivəsində Böyük Britaniya həmçinin “təlim təklifini genişləndirməyi” planlaşdırır.
Nəşrə görə, Britaniya naziri Ukraynanın dəstəklənməsinin prioritet istiqamətləri arasında “onun əsgərlərinin Britaniya hərbçiləri tərəfindən təlimi və sənaye əməkdaşlığının genişləndirilməsini” qeyd edib.
Kaira Agayeva
Finss.az