Finss.az xəbər verie ki, ABŞ yeni prezident Donald Tramp vəzifəyə gəldikdən sonra bu prosesdə iştirakdan imtina etsə belə, Avropa İttifaqı Ukraynaya 50 milyard dollar maliyyə ayırmağa hazırdır.
“Biz Aİ-də Trampın mövqeyindən asılı olmayaraq 50 milyard dolların Ukraynaya getməsini təmin etmək üçün tədbirlər görəcəyik”, - deyən Karbovnik Aİ-nin Kiyevə dəstək üçün maliyyə məsuliyyətini öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb. Rəsmi həmçinin ABŞ-ın Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya kreditlərin verilməsinə dair G7 sazişindən çıxa biləcəyindən narahatlığını ifadə edib.
"Tramp vəzifəyə gəldikdən sonra ABŞ-ın bu təşəbbüsdə iştirakını yenidən nəzərdən keçirməsi riski var" dedi nazir müavini.
Avropa İttifaqı da öz növbəsində Vaşinqtonun mövqeyində mümkün dəyişikliklərə baxmayaraq, Kiyevə maliyyə yardımının sabitliyini saxlamaq niyyətindədir.
Kaira Agayeva
Finss.az