Finss.az - İntensiv qulluq sayəsində tez bara düşən və yüksək məhsuldarlığa görə qazanclı sahə sayılan şaftalı bağlarının sığortasına başlanılıb.
Aqrar Sığorta Fondunun məlumatına görə, şaftalı bağları çoxsaylı risklərdən, xüsusilə şaxtavurma, qasırğa, dolu və doludan keyfiyyət itkisindən sığortalanır. Fermerlər və bağ sahibləri vaxtında Fonda müraciət etməklə temperatur dəyişkənliklərinə həssas olan şaftalı bağlarını belə risklərdən sığortalaya bilərlər.
Məhsul şərtləri, təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatla Fondun rəsmi səhifəsindən tanış olmaq olar.