Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar-dekabr aylarını əhatə edən ölkədə fəaliyyət göstərən maliyyə qurumlarının statistik göstəriciləri arasında yerli sığorta şirkətlərinin yığımlarını açıqlayıb.
Finss.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sığorta haqlarının yığımına görə renkinq siyahısında “Paşa Həyat Sığorta” ASC 594,399 min manatla ən yüksək nəticə göstərən şirkət olub.
İkinci ən yüksək nəticə “Paşa Sığorta” ASC-də (317,560 min manat), üçüncü ən yüksək nəticə isə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-də (90,939 min manat) qeydə alınıb.
Siyahıda sonuncu yerdə “İpək Yolu Sığorta”ASC (6,210 min manat) qərarlaşıb.
Finss.az sığorta şirkətlərinin sığorta yığımları üzrə renkinqini təqdim edir:
Fuad Mədətov
Finss.az