Finss.az - ABŞ-n tibbi sığorta şirkəti UnitedHealth, "ransomware" hücumu nəticəsində Change Healthcare-ə edilən hücumda 190 milyon amerikalının şəxsi və tibbi məlumatlarının oğurlandığını açıqlayıb.
Əvvəlcə 100 milyon olan zərər çəkmişlər sayı iki dəfə artıb. Oğurlanan məlumatlar arasında tibbi sığorta qeydləri, tibbi məlumatlar, sosial sığorta nömrələri və digər şəxsi məlumatlar yer alır. Hadisə 2024-cü ilin fevralında baş verib və ABŞ səhiyyə sistemində böyük nasazlığa səbəb olub. Hücum BlackCat qrupunun fəaliyyəti ilə həyata keçirilib. UnitedHealth, məlumatların yayımlanmasının qarşısını almaq üçün 22 milyon dollar ödəniş etdiyini bildirib. Hücumdan ümumi zərər 872 milyon dollar olub.