SIĞORTA

27 Yanvar

“Xalq Həyat” Sığorta Şirkətinin yığımları 10 milyon manatı ötüb

2024-cü ilin yanvar-noyabr aylarında “Xalq Həyat” Sığorta Şirkətinin peşəkar satış komandası tərəfindən 10 milyon 230 min manat məbləğində sığorta haqqı toplanılıb.

Finss.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 230 min manat və ya 14% artıb.

Hesabat dövründə şirkətin müştərilərə etdiyi sığorta ödənişlərinin həcmi isə 5 milyon 558 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 milyon 449 min manat və ya 79% artım deməkdir.

Azərbaycan sığorta bazarında müştəri yönümlü yanaşması ilə seçilən “Xalq Həyat” korporativ müştərilərlə yanaşı fərdi müştərilər üçün də bazar şərtlərinə uyğun sərfəli sığorta məhsulları təqdim edir. Şirkətə ən çox müraciət edilən sığorta növlərinə aşağıdakılar daxildir:

  • Kredit götürən şəxslərin həyat sığortası
  • Həyatın yaşam sığortası
  • Sağalmaz xəstəliklərdən sığorta
  • Fərdi həyat sığortası
  • Qrup halında sığorta
  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

Şirkətin sağlam və balanslaşdırılmış sığorta portfeli məhz bu növlər üzrə əldə olunan daxilolmalar hesabına formalaşıb.

Qeyd edək ki, “Xalq Həyat” 27 mart 2019-cu ildən etibarən 5 illik lisenziya əsasında fəaliyyət göstərir və bazara ən sərfəli şərtlərlə könüllü həyat sığortası məhsulları təqdim edir.

Fuad Mədətov
Finss.az