SIĞORTA

24 Yanvar

Azərbaycanda işçilərin dələduzluğunun könüllü sığortası üzrə yığımlar kəskin azalıb

2024-cü ilin yanvar-noyabr aylarında işçilərin dələduzluğunun könüllü sığortası üzrə yığımlar cəmi 86 min manat təşkil edib.

Finss.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 174 min manat və ya 3 dəfə azdır.

2023-cü ilin eyni dövründə isə bu göstərici 259 min manat olmuşdu.

Hesabat dövründə bu növ sığorta üzrə ödənişlər qeydə alınmayıb.

Fuad Mədətov
Finss.az