SIĞORTA

24 Yanvar

Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlər artıb

2024-cü ilin yanvar-noyabr aylarında könüllü tibbi sığorta üzrə yığımlar 113 milyon 665 min manat təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 117 min manat və ya 1% artım göstərir.

Finss.az-ın Mərkəzi Bankın hesabatına istinadən verdiyi məlumata görə,  2023-cü ilin yanvar-noyabr aylarında bu göstərici 112 milyon 548 min manat olub.

Həmçinin, bu dövr ərzində sığorta ödənişləri 88 milyon 095 min manat təşkil edib ki, bu da illik müqayisədə 14 milyon 597 min manat və ya 20% çoxdur.

Ötən ilin eyni dövründə sığorta ödənişləri 73 milyon 498 min manat idi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 78% olub, bu da illik 13% artımı göstərir. 2023-cü ilin yanvar-noyabr aylarında zərərlilik əmsalı 65% idi.

Fuad Mədətov
Finss.az