SIĞORTA

24 Yanvar

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası: Yığımlar artıb, ödənişlər azalıb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

Finss.az Mərkəzi Bankın hesabatına əsasən bildirir ki, 2024-cü ilin yanvar-noyabr aylarında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 75 milyon 43 min manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 434 min manat və ya 3% artımdır. Ötən ilin müvafiq dövründə yığımlar 72 milyon 610 min manat təşkil edib.

Eyni zamanda, 2024-cü ildə bu növ sığorta üzrə ödənişlər 2 milyon 937 min manat olub ki, bu da keçən illə müqayisədə 2 milyon 614 min manat və ya 47% azalma deməkdir. 2023-cü ilin yanvar-noyabr aylarında bu göstərici 5 milyon 551 min manat idi.

Hesabat dövründə zərərlilik göstəricisi 4% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azdır. Qeyd edək ki, 2023-cü ilin eyni dövründə zərərlilik göstəricisi 8% idi.

Bu rəqəmlər daşınmaz əmlakın icbari sığorta bazarındakı sabit yığımlara baxmayaraq, sığorta ödənişlərinin əhəmiyyətli dərəcədə azalmasını göstərir.

Fuad Mədətov
Finss.az