SIĞORTA

16 Yanvar

Yaşıl Kart xidmətini təqdim edən sığorta şirkətləri: İSB siyahı açıqlayıb

Finss.az - İcbari Sığorta Bürosu (İSB) Azərbaycanda "Yaşıl Kart" sistemi çərçivəsində sığorta xidməti göstərən şirkətlərin siyahısını açıqlayıb.

İSB-nin elanında Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşlara müraciət olunub.

Müraciətə görə, bu növ üzrə sığorta xidmətini göstərən şirkətlər bunlardır:

  • "AtaSığorta" ASC
  • "Atəşgah" Sığorta Şirkəti ASC
  • "Azərbaycan Sənaye Sığorta" ASC
  • "Meqa Sığorta" ASC
  • "Paşa Sığorta" ASC
  • "Qala Sığorta" ASC
  • "Xalq Sığorta" ASC

Yaşıl Kart sistemi, 43 Yaşıl Kart Bürosunun təmsil etdiyi 47 üzv ölkədən ibarətdir.

Büro, Yaşıl Kart sisteminin əlaqələndirici və ixtisaslaşmış təşkilatıdır və Azərbaycanı Beynəlxalq Yaşıl Kart Sistemində təmsil edir.