Bu ilin yanvar-noyabr aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 14-nün ödənişləri illik müqayisədə artıb, 6-nın ödənişləri azalıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Xalq Həyat Sığorta” ASC-dir. Bu şirkət 11 ay ərzində 3,108 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 7,4 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atəşgah Sığorta” ASC-dir. Bu şirkətin ödənişləri 15,315 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 9,6% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında sıyahıda ilk yerdə “Xalq Sığorta” ASC yer alıb. Bu şirkət ötən 11 ayda 20,948 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 13,7% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Atasığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 44,3% azalaraq 2,896 milyon manata düşüb.
Fuad Mədətov
Fins.az