SIĞORTA

31 Dekabr

İLİN YEKUNU: Aqrar Sığorta Fondunun bu il sığorta yığımlarında artım gözlənilir

Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının cəmi 10%-i sığorta olunur. Bu da o deməkdir, ki, 90%-lik istehsal həcmi sığortalanmır.

Fins.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.

Onun sözlərinə görə, bununla belə, Azərbaycanda aqrar sığorta sistemi yeni olmasına baxmayaraq nəticələr hər il müsbətə doğru irəliləyir:

"Ötən il sığorta yığımlarımız 15 milyon manat olub, bu il bu rəqəmin 20% artması gözlənilir. Artımı hər il müşahidə edəcəyik".

F.Sadıqov qeyd edib ki, Fondun zərər ödənişi 2021-ci ildə 2 milyon manat, 2022-ci ildə 3 milyon manat təşkil edib, 2023-cü ildə isə 5 milyon manat olacaq.

Fuad Mədətov
Fins.az