Show

16 Oktyabr

Andcelina Coli, Brad Pittin uğursuzluqlarına sevinir

Amerikalı aktrisa Andcelina Coli, keçmiş əri, aktrisa Brad Pittin uğursuzluqlarına sevinir.

Finss- In Touch Weekly mənbəyə istinadən xəbər verir ki, Brad Pitt və Corc Kluni ilə çəkilən "Tək canavarlar" filmi gözlənilmədən kinoteatrlardan çıxarılıb və onlayn yayıma keçib. Mənbəyə görə, "Corc və Brad Apple-ın filmin kinoteatrlardakı nümayiş müddətini kəskin şəkildə azaltma qərarına görə çətin vəziyyətdə qaldılar." Bu vəziyyətdən Andcelina məmnundur, çünki bu mövsümdə o, aktiv şəkildə Netflix-i dəstəkləyir.

Həmçinin, mənbə bildirib ki, Andcelina "Brad-a hədsiz nifrət edir və onun Corc ilə dostluğunu "heç vaxt bəyənməyib".

Bu hadisələr, Andcelina Colinin şəxsi həyatı və münasibətləri haqqında müzakirələri daha da artırır. Aktrisanın hissləri, Brad Pittin karyerasına olan təsirini və iki məşhurun arasındakı münasibətlərin necə inkişaf etdiyini göstərir.