Show

16 Oktyabr

Diananın irsini davam etdirən Megan Markl

Amerikalı aktrisa Megan Markl, Diana şahzadənin zinyət əşyaları ilə xeyriyyə tədbirinə qatıldı.

Finss xəbər verir ki, Girls Inc. of Greater Santa Barbara və Half The Story təşkilatları tərəfindən keçirilən tədbirdə Markl, Marie Marot X J.Crew markasının mavi köynəyini, yüksək belli ağ şalvarı və Manolo Blahnik BB Pumps ayaqqabılarını seçdi.

O, dəridən hazırlanmış Ralph Lauren kəməri ilə görünüşünü tamamladı. Markl, təbii makiyajı və yüngül burulğanlı saçları ilə diqqət çəkdi. Bəzək əşyaları olaraq, Diana şahzadənin mirası olan parlaq bir bilərzik və Cartier Tank Française markalı qızıl saatı taxdı. Bu, onun şahzadəyə olan hörmətini bir daha nümayiş etdirdi.