PASHA Bank Kiçik Kredit Risk Anderrayteri (KİB) vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
İşiniz nədən ibarətdir?
-
Müştəri bazasının keyfiyyətinə əmin olaraq Bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə korporativ və institusional bankçılıq şöbəsi üzrə potensial borc alanlarla bağlı kredit risklərinin təhlili;
-
Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq proseduraları ilə bağlı zəruri biliklərə yiyələnməsi;
-
Kreditlərin strukturlaşdırılması və digər satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqinin təmin edilməsi;
-
Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində son qərarın verilməsi;
-
Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa, bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmasının təmin edilməsi;
-
Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi;
-
Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması, kredit reytinqlərinin hesablanması və müvafiq qərarın qəbul edilməsi;
-
Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi üzrə səlahiyyət və cavabdehlik;
-
Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət; erkən xəbərdarlıq siqnalına əsasən təklif edilmiş strategiyaya rəyin verilməsi;
-
Sifarişlər üzrə defolt olma ehtimalı dərəcəsinin hesablanması, eləcə də Kreditlərin strukturlaşdırılması və Monitorinq şöbələri tərəfindən daxil olan defolt olma ehtimalı üzrə cədvəllərin yoxlanılması, nəzarəti və düzgün defolt dərəcəsinin təsdiq edilməsi;
-
Xidmət səviyyəsi müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi;
-
Bankın təşkilati risklərin idarəedilməsinə dair siyasətinə əməl edilməsi; iş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması.
Sizdən nə tələb olunur?
-
Təhsil: maliyyə, bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
-
Təcrübə: kredit, risk, maliyyə təhlili və ya müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi.
-
Xarici dil: ingilis dili (səlis), rus dili (orta).
-
Kompüter bilikləri: "Microsoft Office" proqramları.
-
İqtisadi/bazar bilikləri: Azərbaycan, Rusiya və Türkiyə iqtisadiyyatı üzrə ümumi biliklərin olması.
-
Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər üzrə biliklər; maliyyə təhlili, mühasibatlıq və bankçılıq üzrə təcrübə.
-
Üstünlük verilir: Risk menecment, ACCA, CFA üzrə sertifikatların mövcudluğu əlavə üstünlükdür. LİNK