SƏNAYE

08 Avqust

Orta Dəhlizdə yüklərin həcmi 5 dəfə arta bilər - Tokayev

Mərkəzi Asiya regionu sürətlə qlobal nəqliyyat qovşaqlarının mərkəzinə çevrilir. Çinin “Bir kəmər, bir yol” və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bu və ya digər formada regionun bütün dövlətlərini əhatə edir.

Finss.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Kazakstanskaya pravda” qəzetində dərc olunan məqaləsində yer alıb.

Prezident nəzərə çatdırıb ki, Qazaxıstan tərəfdaşları ilə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) fəal şəkildə inkişaf etdirir.

“Ortamüddətli perspektivdə bu marşrutla daşınan yüklərin həcmi 5 dəfə arta bilər. Qazaxıstanın dəniz infrastrukturu - Aktau və Kurık limanlarının inkişafı ilə artan yüklərin Çindən Mərkəzi Asiya və Qafqaz ölkələrinə, oradan da Türkiyə və Avropaya çatdırılması üçün yeni fürsətlər açılır.

Əfqanıstan ərazisindən keçməklə inkişaf etdirilən nəqliyyat dəhlizləri perspektivli Cənubi Asiya ölkələrinin bazarlarına və Hind okeanının limanlarına çıxışı təmin edəcək. Bu, bütün regionun maraqlarına uyğundur. Mərkəzi Asiya daxilində və digər ölkələrlə nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməklə biz bir çox məqsədlərimizə nail ola biləcəyik”, - deyə Kasım-Jomart Tokayevin məqaləsində bildirilir.