SƏNAYE

28 İyul

Enerji saxlama texnologiyaları

Dünyanın hər yerində hər gün on minlərlə elektrik stansiyası işləyir

Külək, günəş, təbii qaz və ya nüvə enerjisi. Bunların hər biri ayrı-ayrı elektrik enerjisi istehsalı üsuludur. Dünyanın hər yerində hər gün on minlərlə elektrik stansiyası işləyir. Bu sayәdә evlәrimiz elektrik enerjisi ilә tәmin olunur. Ancaq elekrtik enerjisinә tәlәbatın hәr ötәn gün daha da artdığı bu dövrdә elektrik enerjisinin saxlanılması onun istehsalı qədər vacibdir.

Fins.az xəbər verir ki, enerji saxlama texnologiyaları tələb və təklif arasındakı tarazlığı təmin etmək və enerjinin səmərəliliyini artırmaq üçün istifadə edilən ən mühüm sistemdir. Enerji saxlama texnologiyaları günəş, külək, hidravlik və ya geotermal kimi bərpa olunan enerji mənbələrinin davamlılığını təmin edərәk enerji təhlükəsizliyini artırmaq və karbon emissiyalarını azaltmaq kimi bir sıra üstünlüklər təklif edir.

Enerji saxlama texnologiyalarının növləri əsasən 7 müxtəlif kateqoriyaya ayrılır

1. Batareyalar: Elektrik enerjisini kimyəvi enerji kimi saxlayan bu sistemlər enerji sıxlığı və uzun ömürlü olması ilə seçilir. Litium-ion, qurğuşun-turşu və nikel-kadmium kimi müxtəlif növləri var.

2. İstilik enerjisinin saxlanılması: İstilik enerjisi günəş enerjisi ilə isidilәn su və ya faza dəyişikliyi materialları vasitәsilә enerji istehsal edir.

3. Mexanik enerjinin saxlanılması: Uçan təkərlər və hidravlik akkumulyatorlar kimi sistemlər kinetik və ya potensial enerjidən istifadə edərək enerji istehsal edir.

4. Hava kompressoru vasitәsilә enerjinin saxlanılması: Artıq enerji istifadə edərək havanı sıxır və lazım gəldikdə bu havanı buraxaraq elektrik enerjisi istehsal edir.

5. Maye hava enerjisinin saxlanılması: Havanın mayeləşdirilmәsi və lazım gəldikdə buxarlaşdırılması vasitәsilә enerji istehsal edir.

6. Su elektrik enerjisinin saxlanılması: Su aşağıda yerlәşәn anbardan daha yüksəkdә yerlәşәn  su anbarına ötürülür, onu potensial enerji kimi saxlayır və lazım gəldikdə turbinlər vasitəsilə elektrik enerjisi istehsal etmək üçün buraxır.

7. ‘‘Superkondensatorlar’’: Bunlar elektrik enerjisini tez bir zamanda saxlaya və boşalda bilən cihazlardır.

Sənaye tipli enerji saxlama sistemləri ciddi enerji ehtiyaclarını ödəmək üçün istifadə olunur. Böyük miqyaslı akkumulyator sistemləri sənaye obyektlərində enerji səmərəliliyinin artırılmasında və enerji kəsintilərinə qarşı davamlılığın təmin edilməsində ciddi əhəmiyyət kəsb edir. Bu sistemlər əsasən sənaye bölgәlәrindә istifadə olunur. Bununla belə, bütün bu sistemlərin evlərdə istifadә edilә bilәn növləri də var.

Ev şәraitindә enerji saxlama sistemləri yaşayış yerlərində enerji səmərəliliyini artırmaq və bərpa olunan enerji mənbələrinin inteqrasiyasını asanlaşdırmaq üçün istifadə olunur.Xüsusilə inkişaf etmiş ölkələrdə evdə enerji saxlama sistemləri tez-tez istifadə olunur. Bu sistemlər enerji xərclərini azaltmaq, enerji təhlükəsizliyini artırmaq və ətraf mühitə təsirləri azaltmaq kimi üstünlüklər təklif edir.

Dünyada bərpa olunan enerji və saxlama sistemlərinə maraq sürətlə artır. Yaxın gələcəkdə akkumulyator texnologiyalarının xərclərinin azalacağı və enerji sıxlığının artacağı gözlənilir. Türkiyə bu istiqamətdə sürәtli addımlar atır. Enerji saxlama sistemləri vasitəsi ilə xərclərin azaldılması hədəflənir.

Bərpa olunan enerji mənbələrinin davamlılığı və enerji saxlama texnologiyalarının inkişafı bir-biri ilә bağlıdır. Günəş və külək enerjisi kimi ehtiyatlar davamlı deyil. Bununla belə, saxlama texnologiyaları bu fasilələri kompensasiya edir və fasiləsiz enerji təchizatını təmin edir. Beləliklə, qalıq yanacaqlardan asılılığın qarşısı alınır.

Saxlama sistemləri enerji təchizatını təmin etməklə yanaşı, enerji kәsintilәrinә qarşı davamlılığı təmin edir.

Enerji saxlama texnologiyalarının gələcəyi innovativ materiallar və texnologiyalarla formalaşmağa davam edir. Xüsusilə, litium-ion batareyalarının xərclərinin azaldılması və onların enerji sıxlığının artırılması elm dünyasının әsas mәqsәdinә çevrilib.