SƏNAYE

02 İyul

Avrozonanın sənaye sektoru geriləyib

“SP Global” agentliyinin verdiyi məlumata əsasən, Avrozonanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI), yekun qiymətləndirməyə əsasən, may ayı ilə müqayisədə iyun ayında 47.3 bənd səviyyəsindən 45.8 bənd səviyyəsinədək geriləyib.

Fins.az xəbər verir ki, analitiklər göstəricinin 45.6 bənd səviyyəsinədək zəifləyəcəyini proqnozlaşdırmışdılar.

Eyni zamanda, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın sənaye sektorunda PMI may ayı ilə müqayisədə iyunda 45.4 bənddən 43.5 bəndədək azalıb. Ekspertlər 43.4 bəndədək geriləməni ehtimal edirdilər.