SƏNAYE

02 İyul

Aİ-də qaz anbarlarının ehtiyatları 77%-i üstələyib

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 77%-i üstələyib.

Bu barədə Fins.az Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 77,39% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 10,06 faiz bəndi çoxdur.

Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi 85 mlrd. kubmetr təşkil edir.