SƏNAYE

02 İyul

Tütün istehsalı üzrə məhsuldarlığın artması proqnozlaşdırılır

“Azərbaycana idxal olunan tütün məmulatlarının tam əksəriyyəti lokallaşdırılıb və əsas hədəflərdən biri onları ixrac edərək ölkəyə valyuta axınını təmin etməkdir”.

Fins.az xəbər verir ki, bunu Şuşada təşkil olunan "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbir çərçivəsində keçirilən panel müzakirələrdə çıxış edərkən “Tabaterra” QSC-nin direktoru Elman Cavanşir deyib.

Onun sözlərinə görə, əsas məqamlardan biri də fermerlərin sosial rifahını yaxşılaşdırmaqdır: “Əgər əvvəllər fermerlərin hər hektara düşən gəlirliliyi təxminən 500 manat təşkil edirdisə, 2024-cü ildə bizim şirkətlə müqavilə bağlayan fermerlərin məhsuldarlığının hər hektar üçün 15 ton, mənfəətinin isə, dövlətin verdiyi subsidiya da daxil olmaqla, 2 min manat civarında olacağı gözlənilir”.