SƏNAYE

13 May

İspaniya Rusiya qazının alışını artırdı

İspaniya sanksiyalara baxmayaraq, Rusiya qazının alışını artırıb.

Fins.az xəbər verir ki, Rusiya sanksiyalar fonunda İspaniya bazarında mayeləşdirilmiş təbii qazın (LNG) əsas tədarükçüsü kimi mövqeyini möhkəmləndirməkdə davam edir.

Bu ilin aprel ayında ölkə 5,3 min GVt/saatdan çox yerli LNG (və ya ümumi idxal həcminin beşdə biri) alıb. Beləliklə, Rusiya Federasiyası ölkəyə ən böyük xammal tədarükçüləri arasında ikinci yerdə qərarlaşıb. Əlcəzair birinci yeri tutub.