SƏNAYE

13 May

ABŞ-da qazma qurğularının sayı ardıcıl olaraq 3-cü həftə azalıb

Cümə günü neft xidmətləri göstərən şirkət “Baker Hughes” bildirib ki, ABŞ-da enerji şirkətləri ardıcıl üçüncü həftədir ki, neft və qaz qazma qurğularının sayını azaldıblar.

Fins.az xəbər verir ki, gələcək hasilat səviyyələrinin indikatoru olan ümumi qazma qurğularının sayı ötən həftə ilə müqayisədə mayın 10-da bitən həftədə 2 ədəd azalaraq 603-ə düşüb. Bu da 2022-ci ilin yanvar ayından bugünə ən aşağı göstəricidir.

“Baker Hughes” bildirib ki, neft buruqlarının sayı həftə ərzində 3 ədəd azalaraq 496-ya çatıb ki, bu da 2023-cü ilin noyabr ayından bugünə ən aşağı səviyyədir, qaz buruqlarının sayı isə 1 ədəd artaraq 103-ə çatıb.