SƏNAYE

06 Aprel

İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi birinci olub - İİTKM

2024-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi birinci olub.

Fins.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayına əsasən bildirir.

Belə ki, ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisinin dəyəri 34,9 milyon ABŞ dolları olub.

Bu siyahıda pambıq mahlıcı (33,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (30 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Fuad Mədətov
Fins.az