SƏNAYE

25 Yanvar

ABŞ-ın neft ehtiyatları həftə ərzində 9.2 milyon barrel azalıb

ABŞ-da kommersiya məqsədli neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) yanvarın 19-da bitən həftə ərzində 9.2 milyon barrel və ya 2.1% azalaraq 420.7 milyon barrelə enib.

Fins.az xəbər verir ki ,analitiklər ehtiyatların cəmi 2.2 milyon barrel azalacağını proqnozlaşdırmışdılar. Ölkənin ən böyük Kuşinq terminalında neft ehtiyatları 32.1 milyon barreldən 30.1 milyon barrelə enib. Eyni zamanda, ABŞ-ın benzin ehtiyatları 4.9 milyon barrel (2%) artaraq 253 milyon barrelə çatıb. Analitiklər 2.3 milyon barrel həcmində artım proqnoz edirdilər.